Zahid Oruc: "Vəkillik institutu hüquqi dövlət quruculuğunda mühüm rol oynayır"


  • 16:35

"Vəkillik qanunların keyfiyyətli və işlək olmasında ən vacib peşələrdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, vəkillik institutu hüquqi dövlət quruculuğunda mühüm rol oynayır və qanunların effektiv tətbiqində xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, Z.Oruc qeyd edib ki, hazırda ölkənin bəzi bölgələrində vəkil çatışmazlığı müşahidə olunur. Onun sözlərinə görə, bu hal hüquqi yardıma əlçatanlığa mənfi təsir göstərir.

"Arzu edirəm ki, vəkillərin sayı artsın. Azərbaycan hüquq sistemində vəkilliyin yeri, eyni zamanda, bu sahəyə maraq göstərən tələbələrin sayında da özünü göstərməlidir", - deyə o vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər