Rektor: "Hüquqşünas tələbələrin əksəriyyəti vəkilliyə üz tutur"


  • 16:52

"Ölkədə məhkəmə-hüquq sistemində ciddi inkişaf müşahidə olunur və bu sistemin tərkib hissələrindən biri də vəkillik institutudur".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Eldar Qocayev "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində çıxışı zamanı deyib.

Rektor bildirib ki, hazırda hüquqşünas tələbələrin əksəriyyəti vəkilliyə üz tutur və gənclər arasında bu sahəyə maraq artmaqdadır.

E.Qocayev vurğulayıb ki, təqdimatı keçirilən "Vəkillik fəaliyyəti" adlı dərslik xüsusi əhəmiyyət daşıyır. Dərslikdə akademik yanaşmanın tətbiq edildiyini qeyd edən rektor bildirib ki, nəşrdə nəzəriyyə, təcrübə və tarixi aspektlər hərtərəfli şəkildə əhatə olunub.

O əlavə edib ki, kitabda ixtisaslaşmış vəkillik məsələsinə də toxunulub və bu istiqamətdə ilkin elmi əsas formalaşdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər