- 16:52
"Bu kitab təkcə vəkillər üçün deyil, bütövlükdə hüquqşünaslar üçün önəmli vəsaitdir".
E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində çıxışı zamanı deyib.
Dekan bu təşəbbüsə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkürünü bildirib.
O qeyd edib ki, dərslik tələbələr üçün vacib mənbədir: "Təqdim olunan dərslik peşəkar hüquqşünas kadrların yetişməsinə mühüm töhfə verəcək".
Z.Əliyevin onu da deyib ki, son illərdə vəkilliyə maraq əhəmiyyətli dərəcədə artıb: "Ali təhsil müəssisələri bu prosesi yaxından müşahidə edir. Vəkillik ildən-ilə tələbələr arasında daha da populyarlaşır".
Şəbnəm Mehdizadə