- 14 Aprel 12:05
Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Vəkillər Kollegiyasının rəhbərliyi Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.
E-huquq.az xəbər verir ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.