- 10:23
Fevralın 28-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Advanced Business Law Training: Franchising, Private Equity & Venture Capital” mövzusunda əyani qaydada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə Vəkillər Kollegiyasının üzvü, “MONTEFORTIS ADVISORY” şirkətinin direktoru, Bakı Mühəndislik Universitetinin və Xəzər Universitetinin “Biznes hüququ” üzrə müəllimi Bəhruz Orucov françayzinq müqavilələrinin hüquqi tənzimlənməsi mexanizmləri, beynəlxalq françayzinq müqavilələrində tətbiq olunan hüquq seçimi, korporativ idarəetmə və öhdəliklər, investisiya müqavilələrinin hazırlanması, investisiya layihələrində hüquqi risklərin müəyyən edilməsi məsələləri üzrə geniş təqdimatla çıxış edib.
İnteraktiv təlimdə iştirakçıları maraqlandıran müxtəlif suallar birgə müzakirə edilib.
Əyani qaydada təşkil olunmuş təlimdə 23 nəfər iştirak edib.
