"Deyir, nə olsun ki, onu vurmuşam, amma mütləq bəraət almalıyam" - VİDEO


  • 17:37

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı yayımlanıb.

E-huquq.az xəbər verir ki, budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun təcrübəli vəkili Dilarə Əfrasiyabova olub.

Uzunillik peşə fəaliyyəti ilə seçilən Dilarə Əfrasiyabova müsahibə zamanı hüquqi praktikada qarşılaşdığı yaddaqalan və mürəkkəb işlərdən, vəkillik peşəsinin tələb etdiyi məsuliyyət və fədakarlıqdan, həmçinin cəmiyyət üçün daşıdığı mühüm missiyadan ətraflı danışıb. O, vəkilliyin yalnız hüquqi biliklərlə məhdudlaşmadığını, eyni zamanda insan talelərinə həssas yanaşma, etik prinsiplərə sadiqlik və yüksək peşəkar məsuliyyət tələb etdiyini vurğulayıb.

Veriliş boyu qonağa hüquq sahəsinə dair aktual məsələlər, vəkil peşəsinin əsas prinsipləri, müdafiə prosesində üzləşilən çətinliklər, hakim-vəkil münasibətlərinin etik çərçivəsi, peşəkar təcrübənin rolu və cəmiyyət qarşısında vəkillərin məsuliyyəti ilə bağlı suallar ünvanlanıb. Dilarə Əfrasiyabova vəkil üçün nəzəri biliklə praktiki təcrübənin qarşılıqlı vəhdət təşkil etdiyini bildirib, yaxşı vəkilin həm hüquqi savada, həm də güclü kommunikasiya və analitik düşünmə qabiliyyətinə malik olmasının vacibliyini qeyd edib.

O, həmçinin vəkilin ictimai imicinin formalaşdırılması, peşəkarlıq anlayışı, şəxslərin müdafiəsi, müştərilərlə münasibətlər və vəkilliyin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Təcrübəsində onu təəccübləndirən halların olduğunu qeyd edən vəkil hər bir işin fərqli yanaşma tələb etdiyini vurğulayıb.

Rəyasət Heyətinin üzvü 45 illik vəkillik fəaliyyəti ərzində peşəsinə hər zaman böyük məsuliyyətlə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, icraatında olan işlər barədə yalnız iş saatlarında deyil, evdə də davamlı düşünür, hər bir detalı nəzərdən keçirir və ən düzgün hüquqi mövqeni müəyyən etməyə çalışır.

Qeyd edək ki, Dilarə Əfrasiyabova 1981-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur və uzun illər ərzində formalaşdırdığı zəngin təcrübə ilə hüquq ictimaiyyətində nüfuz qazanıb.

Oxşar xəbərlər