Vəkillərə “Kibercinayətkarlıq və rəqəmsal sübuta hüquqi yanaşma” mövzusunda təlim təşkil olunub - FOTO


  • 10:02

2026-cı il martın 7-də “Kibercinayətkarlıq və rəqəmsal sübuta hüquqi yanaşma” mövzusunda distant formada təlim keçirilib.

E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki yeniliyi barədə məlumat verib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri, Bakı Dövlət Universiteti SABAH qruplarının müəllimi Könül Fərəcova kibercinayətkarlıqla bağlı hüquqi tənzimləmə mexanizmləri, rəqəmsal mühitdə törədilən cinayətlərin hüquqi təsnifatı, informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının hüquqi qiymətləndirilməsi, kibercinayət işləri üzrə vəkil müdafiəsinin xüsusiyyətləri, kibercinayət işlərində sübutetmə yükü və müdafiə strategiyası kimi aktual məsələlər barədə geniş təqdimatla çıxış edib.

Sonda təlimçi tərəfindən vəkilləri mövzu üzrə maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 163 vəkil iştirak edib.

Oxşar xəbərlər