Xankəndi məhkəməsində vəkil: “Bu, ən xoşbəxt anlardan biridir”


  • 13:01

“Bu, həyatımın ən xoşbəxt anlarından biridir”.

Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Xankəndi şəhərində yerləşən Şuşa Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində deyib.

“Möhtərəm hakim! Hörmətli proses iştirakçıları! Bu gün mən həyatımın ən xoşbəxt anlarından birini yaşayıram. İşğaldan azad edilmiş Xankəndi şəhərində yerləşən Şuşa Rayon Məhkəməsində Azərbaycanın dövlət rəmzləri - dövlət bayrağı və dövlət gerbi olan məhkəmə iclas zalında Azərbaycan vəkilinin cübbəsində Azərbaycan hakiminin və məhkəmə iclasının katibinin önündə məhkəmə prosesində iştirak edirəm. Bu günləri bizə bəxş etmiş bütün Azərbaycan xalqının müdafiəçisi olan Ali Baş Komandanımıza və şanlı Azərbaycan Ordusuna əbədi minnətdarıq!”, - vəkil bildirib.

Oxşar xəbərlər