Azərbaycanda vəkillərin sayı açıqlandı


  • 10:38

Hazırda Azərbaycanda 2 867 vəkil fəaliyyət göstərir.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.

O bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub.

Sədr qeyd edib ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb.

A.Bağırovun sözlərinə görə, yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək.

Vəkillər Kollegiyasının sədri onu da bildirib ki, yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir.

A.Bağırov vurğulayıb ki, bu vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər