- 25 İyul 09:48
Azərbaycanda qadın vəkillərin sayı 643 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Onun sözlərinə görə, bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir.
A.Bağırov vurğulayıb ki, bu vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.
Şəbnəm Mehdizadə