- 12:28
"Vəkillik fəaliyyəti tarixən cəmiyyət üçün vacib olub. Müasir dövrdə isə müstəqil vəkillik institutu institusional təsisat kimi böyük inkişaf yolu keçib"
E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
F.Abdullayev vəkillik sistemində gənclərin fəal iştirakını müsbət hal kimi qiymətləndirib. O bildirib ki, gənc hüquqşünasların bu sahədə fəaliyyət göstərməsi hüquq sisteminin inkişafına töhfə verir: "Mən özüm də gənclərdən müəyyən şeylər öyrənirəm və bununla qürur duyuram"..
Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, vəkillərin vətəndaşlar üçün əlçatan olması insanların hüquqlarının daha effektiv müdafiəsinə geniş imkanlar yaradır.
"Vəkillər bu məsuliyyətli işin öhdəsindən məharətlə gəlir və cəmiyyət də onlara böyük etimad göstərir", - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə