- 13:05
Vəkillər Kollegiyası Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlıq edir.
E-huquq.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində səsləndirib.
Sədr bildirib ki, Konstitusiya Məhkəməsində aparılan icraatlarda vəkillər birbaşa iştirak edir və hakimlər tərəfindən qəbul edilən qərarlar üzrə Vəkillər Kollegiyasına müraciətlər olunur.
"Vəkillərimiz bu müraciətlər əsasında mütəxəssis rəyləri hazırlayır. Son 3 il ərzində 117 iş üzrə belə rəylər təqdim etmişik. Keçən il isə rəqəm 26 idi”, - deyə o qeyd edib.
A.Bağırov vurğulayıb ki, Vəkillər Kollegiyasının iştirak etdiyi bu icraatlar ölkəmizdə hüququn aliliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır: “Rəylərimiz ədalətli, obyektiv və qərəzsiz qərarların qəbul edilməsinə, həmçinin onların əsaslandırılmasına mühüm töhfə verir".
Şəbnəm Mehdizadə