"Hakim təyin olunan vəkillər məhkəmə-hüquq islahatlarına mühüm töhfə verəcək"


  • 12:31

"Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında Vəkillər Kollegiyasının 12 üzvünün yer alması olduqca yüksək göstəricidir".

E-huquq.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olunan yeni namizədlərin təntənəli andiçmə mərasimində bildirib.

Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir.

Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən A.Bağırov hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər