"Vəkillik peşəsi yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşıb"


  • 12:35

Vəkillik peşəsi yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşıb.

E-huquq.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov vəkilliyə qəbul olunan yeni namizədlərin təntənəli andiçmə mərasimində bildirib.

O, gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.

İ.Kərimov vəkillərin hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib.

Bildiirb ki, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərmək vacibdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər