Nərmin Həsənliyə yeni vəzifə verildi


  • 14:56

Vəkillər Kollegiyasının üzvü Nərmin Həsənliyə vəzifə verilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nərmin Müşfiq qızı Həsənli Bakı 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

O, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.

2011-ci ildə bakalavriat, 2015-ci ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomu ilə başa vurub.

N.Həsənli 2013–2019-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb.

O, 2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir.

N.Həsənli eyni zamanda, 2023-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər