- 16 Mart 16:13
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün həyata keçirilən pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Növbəti dəfə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Bakı istintaq təcridxanasında və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri isə 3 saylı istintaq təcridxanasında ümumilikdə 35 nəfərə yaxın məhkum və həbs edilmiş şəxsin müraciəti dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.