Nurəngiz Qarayeva: "EYBA-nın yaz konfransı vəkillər üçün faydalı təcrübə oldu"


  • 14:59

Xəbər verdiyimiz kimi, Portuqaliyanın Faro şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti geniş miqyaslı beynəlxalq yaz konfransı keçirilib.

Konfransda iştirak edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurəngiz Qarayeva e-huquq.az-a açıqlamasında tədbir barədə fikirlərini bölüşüb.

N.Qarayevanın sözlərinə görə, konfransda aktual hüquqi məsələlər, qlobal çağırışlar habelə hüquq sisteminin inkişaf perspektivləri müzakirə olunub.

"Faro şəhərində keçirilən EYBA-nın yaz konfransı mənim üçün çox zəngin və faydalı təcrübə oldu. Dünyanın müxtəlif ölkələrindən olan həmkarlarla müzakirələr aparmaq, qlobal çağırışlar və hüquq sisteminin inkişaf perspektivləri barədə fikir mübadiləsi etmək imkanını yüksək qiymətləndirirəm. Xüsusilə gənc hüquqşünasların rolunun və etik məsələlərin müzakirəsi mənim üçün çox önəmli oldu. Bu cür tədbirlər həm peşəkar inkişaf, həm də beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır", - deyə o bildirib.

N.Qarayeva qeyd edib ki, EYBA-nın payız konfransının cari ilin 8-10 oktyabr tarixlərində Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Vəkil hesab edir ki, bu Azərbaycan vəkilliyinin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.

"Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir və bu, Azərbaycan vəkilliyinin nüfuzunun beynəlxalq səviyyədə artmasına töhfə verir", - deyə vəkil vurğulayıb.

Oxşar xəbərlər