- 13 Aprel 10:27
“Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən Gənclər Evində səyyar hüquqi yardım aksiyası keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Aksiya çərçivəsində Balakən rayon Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi yardım göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin hazırlanmasında dəstək göstərilib, müraciətlər hüquqi baxımdan qiymətləndirilib.
Eyni zamanda vətəndaşlara ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər üzrə hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaq olub.