- 20 Aprel 14:37
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlunat verilib.
Belə ki, Qadın Vəkil Alyansının üzvləri tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində ümumilikdə 35 nəfərə yaxın qadın və 10 nəfərə yaxın yeniyetmə məhkum qəbul edilib, onların müraciəti dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.