- 4 May 15:07
Vəkil Elçin Sadıqov sığorta şirkəti tərəfindən onun adına saxta qəza hadisəsi yazıldığını bildirib.
E-huquq.az xəbər verir ki, vəkil bu barədə "Facebook" səhifəsində yazıb.
O iddia edib ki, bəzi icbari sığorta şirkətləri saxtakarlıqla məşğuldur: "Sığorta şirkətləri insanların adına saxta qəza hadisələri qeyd edərək, onlardan əlavə sığorta haqqı alırlar".
E.Sadıqov deyib ki, onun adına 26 noyabr 2025-ci il tarixində qəza hadisəsi yazılıb, halbuki heç vaxt belə qəza baş verməyib: "Guya həmin qəzanı 90ZT888 dövlət qeydiyyat nişanlı avtomobillə etmişəm. Halbuki, 2025-ci ilin iyun ayında həmin avtomobil satılıb və nömrə BYDPİ-nin arxivinə verilib. Yəni, 26 noyabr 2026-ci il tarixdə 90ZT888 dövlət qeydiyyat nişanlı avtomobil, ümumiyyətlə, mövcud olmayıb".
Vəkil əlavə edib ki, qarşı tərəfə rəsmi prentenziya təqdim edib və əgər məsələ həll edilməsə, məhkəməyə müraciət edəcək.
Şəbnəm Mehdizadə