- 7 May 15:53
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün həyata keçirilən pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Növbəti dəfə “Pro Bono” Vəkil Bürosunun vəkilləri 9 saylı cəzaçəkmə müəssisəsində və İxtisaslaşdırılmış müalicə müəssisəsində ümumilikdə 25 nəfər məhkumun müraciəti dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.