"Son illərdə həyata keçirilən islahatlar vəkilliyin institusional baxımdan daha da möhkəmlənməsinə mühüm töhfə verib" - Anar Bağırov


  • 10:37

"Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizdə vəkilliyin institusional baxımdan daha da möhkəmlənməsinə mühüm töhfə verib.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib

Sədr çıxışıında vəkillərin sayında müşahidə olunan dinamik artım, peşə hazırlığının gücləndirilməsi, davamlı tədris proqramlarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, eləcə də regionlarda yaşayan vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

A.Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan vəkilliyinin tarixində mühüm dönüş nöqtəsi olub: "Həmin qanunun qəbulundan sonra ilk dəfə olaraq vəkillik müstəqil hüquqi təsisat kimi formalaşıb, hakimiyyətin heç bir qolundan asılı olmayan peşə birliyi statusu qazanıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində məhkəmə prosesində bərabərhüquqlu tərəf kimi iştirak etməyə başlayıb".

O, Prezident İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərinvəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırıb.

A.Bağırov vurğulayıb ki, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək hüquq sisteminin təkmilləşdirilməsinə, müdafiə hüququnun daha səmərəli təmin olunmasına və vəkillik institutunun fəaliyyət imkanlarının genişlənməsinəşərait yaradıb.

Sədr bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər