- 11:14
"Bu gün ölkəmizdə vəkilliyə böyük maraq var və getdikcə vəkillərin sayı artır".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasınn sədri Anar Bağırov deyib.
O bildirib ki, bugünkü andiçmə mərasimindən sonra ölkədə vəkillərin sayı 2 949 nəfərə bərabərdir. Sədrin sözlərinə görə, yaxın zamanda vəkillərin sayı 3 min nəfəri ötəcək.
"Bütün bunlar göstərir ki, vəkillik peşəsi hüquqşünaslar üçün çox cəlbedici və şərəfli bir fəaliyyət sahəsidir", - deyə A.Bağırov qeyd edib.
O vurğulayıb ki, Azərbaycan dövlətinin dəstəyi ilə Vəkillər Kollegiyası günü-gündən güclənir.
"Məlum olduğu kimi, müstəqil vəkilliyin tarixi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovetlər İttifaqı dövründə, 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müvafiq qanunla vəkillik haqqında əsasnamə tərtib edilmiş və vəkillik ilk dəfə müstəqil peşə kimi fəaliyyətə başlamışdır. Vəkillik əvvəlcə könüllü birlik kimi fəaliyyət göstərmişdir. Bugünkü Vəkillər Kollegiyası məhz həmin Vəkillər Kollegiyasının hüquqi varisidir. Əminliklə demək olar ki, vəkillikdə aparılan islahatlar, müasirləşmə və təkmilləşmə dövlətimizin diqqət və qayğısının bariz nümunəsidir", - sədr əlavə edib.
Şəbnəm Mehdizadə