Vətən müharibəsinin 2 iştirakçısı vəkilliyə qəbul olundu


  • 12:24

Vətən müharibəsinin iki iştirakçısı vəkilliyə qəbul olunub.

E-huquq.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsində iştirak etmiş Vaqif Məmtiyev və Məhəmmədəli Bağırov bu gün and içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunublar.

Qeyd edək ki, V.Məmtiyev "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları, Məhəmmədəli Bağırov isə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər