Vəkillər Kollegiyası Səyyad Mirzəyevi 75 illik yubileyi münasibətilə mükafatlandırdı - FOTO


  • 20:04

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbir çərçivəsində bir sıra vəkillər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Təltif edilənlər arasında tanınmış hüquqşünas, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun müdiri Səyyad Mirzəyev də yer alıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən Səyyad Mirzəyevə 75 illik yubileyi münasibətilə qiymətli hədiyyə təqdim edilib.

Qeyd edək ki, 2007-ci ildə Vəkillər Kollegiyasına üzv qəbul edilən tanınmış hüquqşünas 2020-ci ildən etibarən "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun müdiri olaraq fəaliyyət göstərir. S.Mirzəyev 2021-ci ildə 70 illik yubileyi və səmərəli fəaliyyəti münasibətilə Vəkillər Kollegiyası tərəfindən "Fəxri hüquq doktoru" adına layiq görülmüşdü.

Oxşar xəbərlər