BDU-nun vəkil müəllimləri vətəndaşlara pulsuz hüquqi yardım göstərib - FOTO


  • 11:11

Mayın 16-da Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquq Klinikası tərəfindən təşkil olunan “Açıq Qapı” adlı ilk pulsuz hüquqi yardım kampaniyası uğurla başa çatıb.

E-huquq.az xəbər verir ki, kampaniya çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan fakültə müəllimləri tərəfindən vətəndaşlara əmlak, vərəsəlik, miqrasiya, əmək, torpaq, icra və cinayət hüququ sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.

Müraciət edən şəxslərin sualları cavablandırılıb, onlara müvafiq hüquqi izah və tövsiyələr təqdim olunub.

Tədbirin yekununda hüquqi yardımı həyata keçirən vəkil müəllimlərə fakültə rəhbərliyi adından təşəkkürnamələr təqdim edilib.

Layihənin əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək göstərmək, xüsusilə hüquqi yardıma ehtiyacı olan şəxslərin peşəkar hüquqi məsləhət alma imkanlarını genişləndirmək olub.

Qeyd edək ki, birgə əməkdaşlıq sazişi çərçivəsində həm Bakı Dövlət Universiteti və Hüquq fakültəsi, həm də Vəkillər Kollegiyası olaraq hüquqi maarifləndirmənin, əhalinin hüquqi savadlılığının artırılmasının əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsinə xüsusi önəm verir.

Kampaniyanın təşkilində iştirak edən müəllim və tələbələrə təşəkkür bildirilib.

Oxşar xəbərlər