Vəkillər Kollegiyasının üzvünə vəzifə verildi - FOTO


  • 15:40

Vəkillər Kollegiyasının üzvü Tural Əliyevə vəzifə verilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, “FN Sports and Development” LLC-nin vitse-prezidenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Əliyev 1989-cu ildə Bakı şəhərində anadan olub.

2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.

2011-ci ildən etibarən müxtəlif yerli və xarici şirkətlərdə hüquq bölməsinin rəhbəri kimi fəaliyyət göstərib.

O, 2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.

Humay Eminqızı

Oxşar xəbərlər