"Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlıq mövcuddur"


  • 12:08

Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında son illər ərzində səmərəli əməkdaşlıq münasibətləri formalaşıb.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" rolu mövzusunda regional konfransda deyib.

O bildirib ki, həm Vəkillər Kollegiyası, həm də Mediasiya Şurası ölkəmizdə hüquqi xidmətlərin inkişafı istiqamətində mühüm fəaliyyət göstərir.

"Mediasiya Şurası ölkəmizin nisbətən yeni institutlarından biridir və qısa müddət ərzində özünü təsdiq etməyi bacarıb. Mediasiya institutunun yaradılması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki bəzi hallarda məhkəmə çəkişmələrinin sayının artması və mübahisələrin uzun müddət həll olunmaması müəyyən problemlər yaradırdı. Beynəlxalq təcrübə də göstərir ki, mediasiya bu problemlərin həllində mühüm rol oynayır. Bu gün Mediasiya Şurası ölkəmizin hüquq sistemində aparıcı mövqelərdən birini tutur. Şuranın rəhbərliyi, xüsusilə də hörmətli Nadir müəllimin rəhbərliyi altında beynəlxalq təcrübələr uğurla tətbiq edilir. Eyni zamanda, Mediasiya Şurası ilə Vəkillər Kollegiyası arasında formalaşmış səmərəli əməkdaşlığın inkişafında da onun xüsusi rolu vardır. O, daim bizə dəstək olur və əməkdaşlığımızın daha da möhkəmlənməsinə töhfə verir", - deyə A.Bağırov qeyd edib.

Şəbnəm Mehdiadə

Oxşar xəbərlər