Astarada vətəndaşlara pulsuz hüquqi yardım aksiyası təşkil edildi - FOTO


  • 11:28

15 iyun - Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatı birgə təşkilatçılığı Şirvan Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Astara Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlar üçün növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib.

E-huquq.az xəbər verir ki, sosialyönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərməkdir.

Aksiyada 20 vətəndaşın müraciətinə baxılıb. Onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Oxşar xəbərlər