Vəkillər məhkumlara növbəti pulsuz hüquqi yardım göstəriblər - FOTO


  • 15:16

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün növbəti dəfə pulsuz hüquqi yardım və maarifləndirmə həyata keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Belə ki, “Medleks” Vəkil Bürosunun vəkilləri tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsi və Müalicə müəssisəsində ümumilikdə 30 nəfərə yaxın məhkumun müraciəti dinlənilib və müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib.

Oxşar xəbərlər