Vəkillər Kollegiyası sığorta ödənişlərini icra etməyən vəkillərlə bağlı intizam icraatı başlatdı


  • 17:19

Vəkillər Kollegiyası (VK) sığorta ödənişlərini icra etməyən fərdi qaydada fəaliyyət göstərən bəzi vəkillərlə bağlı intizam icraatı başladıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar VK Rəyasət Heyətinin iyulun 15-də keçirilən iclasında qəbul olunub.

Məlumata görə, iclasda sığorta ödənişlərini icra etməyən fərdi qaydada fəaliyyət göstərən bəzi vəkillərlə bağlı məsələ müzakirə olunub.

Rəyasət Heyəti tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla məsələnin həlli istiqamətində qərar qəbul edilib, onların barəsində intizam icraatı başladılıb.

Humay Eminqızı

Oxşar xəbərlər