Anar Bağırov: "Vəkilliyə qəbul prosesi şəffaf şəkildə həyata keçirilir"


  • 10:34

2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib.

"Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Kollegiya üzvlüyünə qəbul olunub", - deyə A.Bağırov qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər