- 25 İyul 09:48
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Şəki Regional Vəkil Bürosu və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 2 saylı istintaq təcridxanası və Şəki penitensiar müəssisəsində ümumilikdə 30 nəfərə yaxın məhkum və həbs edilmiş şəxsin müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara pulsuz hüquqi yardım göstərilib və müvafiq izahat verilib.