"Vəkillər öz biliklərini nə qədər artırarsa, hüquqi yardımın keyfiyyəti də bir o qədər yüksələr" - Şahmar Məmmədov


  • 13:45

"Hüquqşünasların əsas silahı və qalxanı bu cür kitablardır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov professor İsfəndiyar Ağayevin "Cinayət Hüququ" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hüquqi biliklərin bu cür fundamental dərsliklər əsasında formalaşdırılması gələcək hüquqşünasların daha keyfiyyətli hüquqi yardım göstərməsinə imkan verəcək.

"Vəkillər öz nəzəri və praktiki biliklərini nə qədər artırarsa, hüquqi yardımın keyfiyyəti də bir o qədər yüksələr", - deyə sədr müavini qeyd edib.

O vurğulayıb ki, bu cür elmi əsərlər hüquqi yardım institutunun, eləcə də ədalət mühakiməsində vəkilliyin mühüm rolunun və səmərəliliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Sədr müavini əlavə edib ki, bu gün dərslikdən istifadə edən tələbələr gələcəyin prokurorları, hakimləri, vəkilləri və digər hüquq sahəsinin peşəkarlarıdır.

O, kitabın gələcəkdə ədalət mühakiməsinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Humay Eminqızı

Oxşar xəbərlər