- 2 Avqust 14:48
Türkiyə Barolar Birliyinin sədri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimovun vəfatı ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına başsağlığı məktubu ünvanlayıb.
E-huquq.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan hüquq ictimaiyyətinin görkəmli siması, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri və uzun illər hüquq sahəsində fəaliyyət göstərmiş təcrübəli hüquqşünas İkram Kərimovun vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik.
Uzun illər ərzində prokurorluq və məhkəmə orqanlarında yüksək vəzifələrdə çalışaraq Azərbaycanın məhkəmə-hüquq sisteminə mühüm töhfələr vermiş İkram Kərimov, peşə fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlıq, intizam və prinsipial mövqeyi ilə bütün hüquqşünaslar üçün örnək olmuşdur. Ömrünü hüquqa həsr etmiş bu dəyərli hüquqşünasın itkisi təkcə qardaş Azərbaycan üçün deyil, bizim üçün də dərin hüzn mənbəyidir.
Türkiyə Barolar Birliyi olaraq mərhum İkram Kərimova Allahdan rəhmət, başda ailəsi və yaxınlarına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk".