Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi


  • 22 May 2020 17:26

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, vəkillərin hakimlər, istintaq orqanlarının əməkdaşları və digər proses iştirakçıları ilə qeyri-prosessual münasibətlərə yol verməmələrinin əhəmiyyəti barədə danışıb.

İclasda Vəkillər Kollegiyası vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması, eləcə də "Ensis" Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər