- 2 Sentyabr 15:36
Cari il avqustun 29-da vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə ilk icbari təlim keçirilib.
E-huquq.az xəbər verir ki, təlimdə qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə icbari tədris tədbirlərinə daxil olan ilk təlimdir.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov vəkilin müstəqilliyi və peşə məsuliyyəti, vəkil-müştəri münasibətlərində etik davranış, vəkil sirri və konfidensiallığın qorunması, müasir vəkillik fəaliyyətində etik çağırışlar və digər əlaqəli məsələlər barədə çıxış edib.
Təlim interaktiv formada davam edib və müxtəlif praktiki məsələlər təhlil olunub.
Təşkil olunmuş hibrid formalı təlimdə 838 vəkil iştirak edib.