- 11:14
Yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Bundan əlavə, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.