- 11:14
27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən 25 sentyabr 2026-cı il tarixində respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası - “Açıq qapı” günü keçiriləcək.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bundan başqa, 27 sentyabrdan etibarən 44 gün ərzində respublikanın müxtəlif ərazilərində, fərqli ünvanlarda pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulur.
Həmçinin sentyabrın 25-də VK və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq və sosial işçilərinin birgə iştirakı ilə “Açıq qapı” günü təşkil ediləcək.
Aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplara aid vətəndaşlar yaşadıqları ərazilərdə fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək pulsuz hüquqi yardım ala bilərlər.
Aksiyalar 09:00-dan 18:00-dək davam edəcək.