“Vəkilin mediasiyada rolu” mövzusunda təlim keçirildi - FOTO


  • 10:20

30 sentyabr 2026-cı il tarixində Avropa Şurası (AŞ) və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının üçüncü mərhələsi (PGG3) çərçivəsində icra olunan "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi üzrə "Vəkilin mediasiyada rolu" mövzusunda əyani qaydada tamgünlük təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edənlər - Avropa Şurasının Bakıdakı ofisi, Layihə üzrə məsul şəxs Vəfa Rövşənova və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi Afaq İlqarlı təlimin vəkillərin praktiki fəaliyyətindəki rolundan danışıb və bu əməkdaşlığın beynəlxalq təcrübənin paylaşılması baxımından olduqca müsbət və səmərəli olduğunu qeyd ediblər.

Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev çıxışı zamanı iştirakçıları salamlayıb və təlimin işinə müvəffəqiyyətlər arzu edib.

Bildirilib ki, vəkilin mediasiya prosesində iştirakı tərəflərin hüquqlarının təmin edilməsinə, onların mövqelərinin düzgün ifadə olunmasına və qarşılıqlı razılığa nail olunmasına kömək edir. Vəkilin mediasiya sahəsində zəruri bilik və praktiki bacarıqlara malik olması mübahisələrin səmərəli həllinə və mediasiya institutuna etimadın artırılmasına xidmət edir.

Təlimçi qismində Vəkillər Kollegiyası və Mediasiya Şurasının üzvləri Cabbar Həsənovla Günel Sadıqova mübahisə, mübahisəyə səbəb olan faktorlar, mübahisənin mərhələləri, mübahisənin ənənəvi və alternativ həll yolları, milli qanunvericilikdə mediasiya, o cümlədən vəkillərin mediasiyada rolu, müştəriyə effektiv yardım, danışıq aparma strategiyası, dinləmə, emosiyaların idarəsi, maraqların uzlaşdırılması barədə çıxış ediblər.

İnteraktiv təlimin sonunda xatirə şəkilləri çəkilib və iştirakçılara sertifikatlar təqdim edilib.

Təlimdə 28 vəkil iştirak edib.

Oxşar xəbərlər