Anar Bağırov erməni əsilli vəkilin təxribatının qarşısını aldı


  • 17 İyul 22:22

Erməni əsilli vəkilin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirməsinin qarşısı alınıb.

E-huquq.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib. Onun sözlərinə görə, erməni əsilli vəkil Ukraynada Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbir keçirməyə təşəbbüs göstərib.

"Hörmətli dostlar, bir müddət öncə Ukrayna Milli Vəkillər Asossiyasiyasının facebook səhifəsində Dağlığ Qarabağ münaqişəsinə həsr olunan və 21 iyul tarixinə təyin olunmuş dinləmələr barədə məlumat yerləşdirilmişdir. Məlumatla yaxından tanış olandan və dərhal apardığımız araşdırmadan məlum oldu ki, tədbirin əsas spikeri və təşəbbüskarı erməni əsilli ukraynalı vəkildir", - deyə A.Bağırov bildirib.

Kollegiya sədri məsələ ilə bağlı etirazını ukraynalı həmkarına bildirib və bu təşəbbüsün qarşısı alınıb: "Dərhal Ukrayna Milli Vəkillər Assosiyasiyasının rəhbəri, dəyərli dostum xanım Lidiya Pavlovna İzovitova ilə birbaşa əlaqə saxladım, bu tədbirlə bağlı öz əsaslı narahatçılığımı bildirdim. Qeyd etdim ki, tədbirin adı yalnız: “Dağlığ Qarabağın və Azərbaycanın digər ərazilərin işğalının hüquqi təhlili” mövzusuna həsr oluna bilər, bu halda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tədbirdə fəal iştirak etməyə hazırdır. Lakin tədbirin bu adla və bu formatda erməni spikerliyi ilə keçirilməsi açıq-aydın təxribat xarakteri daşıyır. Dost və qardaş Ukrayna ilə Azərbaycan arasında bu cür hallar yolverilməzdir. Əziz dostum xanım İzovitova dərhal tədbirin ləğvi barədə müvafiq göstəriş verdi, təşkilatçılara isə ciddi iradını və etirazını bildirdi".

A.Bağırov etirazının nəzərə alınması və bununla bağlı operativ addımın atılmasına görə Ukrayna Milli Vəkillər Assosiyasiyasının rəhbərinə təşəkkür edib: "Bu cür obyektiv və operativ reaksiyaya görə başda dəyərli həmkarım, Ukraynanın Əməkdar hüquqşünası, professor Lidiya xanım İzovitovaya və bütün ukraynalı dostlarımıza ölkəmizin vəkilliyi adından dərin minnətdarlığımı bildirirəm".

Oxşar xəbərlər

  • 16 Sentyabr 17:01
Vəkillərin nəzərinə!