Tanınmış vəkil Şaiq Mirzəyevə vəzifə verildi


  • 8 Sentyabr 2020 19:38

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev yeni vəzifəyə təyin olunub.

E-huquq.az-ın məlumatına görə, o, "Az-Granata" MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Şaiq Mirzəyev bu vəzifədə Vüqar Mikayılovu əvəz edib. V. Mikayılov isə şirkətin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, "Az-Granata" 2009-cu ildə Ağsu rayonunda yaradılıb. Şirkət alkoqollu və alkoqolsuz məhsullar istehsal edir.

Oxşar xəbərlər