Türkiyə Vəkillər Birliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı


  • 26 Fevral 2021 21:45

Türkiyə Vəkillər Birliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

E-huquq.az-ın məlumatına görə, bəyanatda deyilir:

"25-26 fevral 1992-ci ildən Qarabağın Xocalı rayonunda erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımından 29 il keçdi. Erməni silahlı qüvvələri bu tarixdə 613 mülki şəxsi və müdafiəsiz Azərbaycan vətəndaşlarını insanlıq əleyhinə olan üsullarla qətlə yetirdilər.

Azərbaycan Respublikasının sərhədləri içindəki Xocalı əhalisinin qadın, kişi, yaşlı, uşaq fərqinə varmadan qətlə yetirənlərin məhkəmə tərəfindən cəzalandırılmalı olduğu halda, mükafatlandırıldı.

Erməni birləşmələrinə rəhbərlik edənlər ilə o dövrün məsuliyyət daşıyanları - Robert Koçaryan ilə Serj Sarkisyanın ard-arda Ermənistan prezidenti seçilmələri bu mükafatların ən diqqət çəkən örnəyidir.

Xocalıda 613 insanın həyatına səbəb olan dəhşət BMT tərəfindən qəbul edilən soyqırım cinayətinin bütün xarakterlərinə uyğundur. Qarabağı Azərbaycan və Türkiyədən qoparmaq məqsədi daşıyan soyqırım etnik kimliyi hədəf seçmişdi

Qətliamın günahkarlarından olan Sarkisyan və Melkontan Xocalı faciəsindən bu hadisənin intiqam almaq məqsədi daşıdığını açıqca etiraf etmişdilər.

Bu qətliam çərçivəsində Qarabağdan başqa Azərbaycan torpaqlarının bir hissəsi də işğal edilmişdir. Ermənistan tərəfindən birbaşa dəstəklənən silahlı güclər Azərbaycan torpağını beynəlxalq hüquqa qarşı olaraq işğal etmişdir.

Minsk Qrupu və digər beynəlxalq təşkilatlar Qarabağdakı hüquqa aid olmayan işğalın sona çatması və yurdlarından qovulan Azərbaycan Türklərinin evlərinə dönməsi üçün nəticəsi olmayan açıqlamalardan başqa bir təsirli iş görməyiblər.

Azərbaycan xalqının iradəsi və haqlı mübarizəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüquqa uyğun hərəkatı, keçən aylarda bölgədəki işğalın əhəmiyyətli dərəcədə sona çatmasına səbəb olmuşdur.

Xocalı soyqırımının 29-cu ilində bu vəhşiliyin günahsız qurbanlarına Allahdan rəhmət diləyirik. Soyqırım günahkarlarından məhkəmə qarşısında cavab gözlədiyimizi bir daha dünya ictimaiyyətinə elan edirik".

Oxşar xəbərlər