Vəkilliyə qəbulla bağlı yazılı test imtahanında iştirak edəcək namizədlərin nəzərinə!


  • 2 Mart 2021 10:58

Məlum olduğu kimi, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 05.03.2021-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

E-huquq.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alaraq vəkilliyə qəbulla bağlı yazılı test imtahanı 05.03.2021-ci il tarixdə hər növbədə 140 namizəd olmaqla iki növbəli olaraq saat 09:00-da və 14:00-da baş tutacaq. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı məlumat verilib.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmələri xahiş olunur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Oxşar xəbərlər