Azərbaycan və İran Vəkillər Kollegiyasının rəhbərləri arasında onlayn görüş keçirilib


  • 17 Mart 2021 09:22

Martın 15-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovla İran Vəkillər Kollegiyasının yeni seçilmiş Prezidenti Dr. Cəfər Koşa arasında onlayn görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Anar Bağırov Cəfər Koşayı prezident seçilməsi münasibətilə Vəkillər Kollegiyası adından ürəkdən təbrik edib və iranlı həmkarlarına peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı iki ölkənin Vəkillər Kollegiyaları arasındakı əməkdaşlıq və onun gələcək perspektivləri geniş müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər