Vəkil Futbol Liqasının qalibi bəlli oldu


  • 14 May 2021 17:51

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvləri arasında sayca 3-cü Vəkil Futbol Liqası (VFL) başa çatıb.

E-huquq.az xəbər verir ki, 3-cü VFL turniri Azərbaycan Ordusunun Qarabağ zəfərinə həsr olunub.

İştirakçı komandalar öz ənənəvi adlarının yanına Qarabağ savaşı ilə bağlı tarixi toponomləri əlavə ediblər. Beləliklə, yarışda “Advokat – Xankəndi” VFK, “Abşeron – Şuşa” VFK, “Barrister – Cəbrayıl” VFK, “Ədalət – Ağdam” VFK, “Kəpəz - Murov” VFK, “Lawyers – Ərgünəş” VFK, “İnter – Laçın” VFK, “Sumqayıt Regional – Qubadlı” VFK və “Veteranlar – Xudafərin” VFK iştirak edib.

Liqaya 86 vəkil və 10 hüquqşünas olmaqla, 96 həvəskar futbolçu qatılıb.

9 turdan ibarət birdövrəli çempionat formatında keçirilən yarışın sonuncu turu bu gün gerçəkləşib. Azərbaycan Vəkil Futbolunun ilk çempionu “Advokat-Xankəndi" 3-cü VFL-in qalibi olub. Komanda liqadakı 8 oyunun hamısından qələbə ilə ayrılıb.

“Barrister Cəbrayıl” ikinci, "Ədalət Ağdam" isə üçüncü yeri tutub.

Turnirin bombardiri 16 qolla “Advokat-Xankəndi”dən gənc vəkil İsmayıl Babayevdir. İştirakçılar, məşqçilər və VFL Katibliyi üzvləri arasında keçirilmiş səsvermənin nəticələrinə əsasən Babayev turnirin “Ən yaxşı oyunçusu” adını da qazanıb.

“Advokat-Xankəndi”nin digər üzvü Ceyhun Bayramov VFL-in ən yaxşı qapıçısı olub. O, 8 oyunda qapısında 7 qol görüb.

Sonda yarışın keçirildiyi “Sportster Arenada” Anar Bağırov başda olmaqla, VK-nın rəhbərliyi, AFFA nümayəndələri və turnir iştirakçılarının qatıldığı bağlanış və təltifetmə mərasimi baş tutub.

Oxşar xəbərlər