"Bəzi vəkillər ödənişsiz hüquqi yardım göstərməyə müsbət yanaşmırlar"


  • 13 Oktyabr 2021 17:17

"Mən bilirəm ki, bəzi vəkil həmkarlarımız ödənişsiz hüquqi yardım göstərməyə müsbət yanaşmırlar".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bəzi vəkillər hesab edirlər ki, pulsuz hüquqi yardım göstərmək onların vəzifəsi deyil.

"Ancaq cəmiyyətin hüquqi yardıma ehtiyacı var. Əgər ehtiyac varsa, biz bunu vəkil peşəsini populyarlaşdırmaq, onun nüfuzunu artırmaq üçün etməliyik. İnsanlar görəndə ki, vəkil təkcə maliyyə tərəfi haqqında düşünmür, hətta hansısa regiona gələrək pulsuz hüquqi yardım göstərməyə hazırdır, onda bunu alqışlayırlar. Şəxsən mən bu məsələni həmişə dəstəkləmişəm. Təbii ki, biz bu proseslə fəal məşğul olan vəkilləri stimullaşdırırıq", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər