Məzmuna keç

Lənkəranda vəkillər aztəminatlı əhaliyə ödənişsiz yardım göstərdilər – FOTOLAR

Lənkəranda vəkillər aztəminatlı əhaliyə ödənişsiz yardım göstərdilər - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən Lənkəran rayonunda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

E-huquq.az xəbər verir ki, Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.