Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından E-huquq.az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 21 sentyabr 2019-cu il tarixdə, Xırdalan şəhər Vəkil Bürosu tərəfindən Qusar rayonu, Heydər Əliyev Mərkəzində, saat 10:00-13:00-da Qusar və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.
