Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin SİYAHISI
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlər peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib.
7 Noyabr 2019 11:22
Paylaş:
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlər peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata əsasən, imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 81 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
Qeyd olunmalıdır ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsindən müvəffəqiyyət qazanmış namizədlərin 14.11.2019-cu il tarixdə, saat 09:00-dan gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında olmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158
Əlavə məlumat üçün: +994 12 594 14 95
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin SİYAHISI